24 C
Baku
19 Sentyabr 2024, 20:29
Baş xəbərDünya

Britaniya Rusiyanın casusluq ittihamlarını rədd edir

Rusiya altı britaniyalı diplomatın casusluqda şübhəli bilinərək akkreditasiyasını ləğv etdikdən sonra Britaniya casusluq ittihamlarının “tamamilə əsassız” olduğunu bildirib.

İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İngilis personalına qarşı irəli sürdüyü ittihamların “tamamilə əsassız” olduğunu bildirib.

Sözçü, “Rusiya hökuməti Rusiyanın Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə qarşı Britaniya hökumətinin gördüyü tədbirlərə uyğun olaraq, keçən ay 6 Britaniya diplomatının Rusiyadakı diplomatik akkreditasiyasını ləğv etdi. Milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmirik” deyib.

 Rusiya 6 Britaniya diplomatının akkreditasiyasını ləğv edib

FSB-nin verdiyi açıqlamada 6 Britaniya diplomatının Moskvadakı akkreditasiyasının casusluq və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinərək ləğv edildiyi açıqlanıb.

Açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.

Bundan əlavə, bəyanatda deyilir: “Bu sənədlər Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun Rusiya və keçmiş Sovet İttifaqı ölkələrinə qarşı dağıdıcı siyasət həyata keçirmək prosesini koordinasiya etdiyini göstərir”.

Bu bölmənin Ukraynada müharibə başlayandan sonra Rusiyanı strateji cəhətdən məğlub etmək üçün kəşfiyyat bölməsinə çevrildiyi iddia edilən açıqlamada, Moskvaya göndərilən bəzi ingilis diplomatların hərəkətlərinin “ölkənin təhlükəsizliyini təhdid etdiyi” bildirilib.

FSB həmçinin akkreditasiyası ləğv edilən britaniyalı diplomatların fotoşəkillərini dərc edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Myanmada 2 generala “dövlətə xəyanət və korrupsiya” ittihamı ilə ömürlük həbs cəzası

Bugün TV

Yaponiya Rusiyaya avtomobil ixracı qadağasını uzatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu