20 C
Baku
9 Sentyabr 2025, 7:29
Digər

Britaniya sahillərində batmış ən böyük hərbi gəmilər kompleksi yeni hüquqi qoruma altına alındı

Bugun.tv “Independent”ə istinadla xəbər verir ki, qərar Birinci Dünya müharibəsinə aid bir sıra gəmilərin qalıqlarını gələcək nəsillər üçün qorumağı hədəfləyir. Şotlandiya hökumətinin elan etdiyi yeni tarixi dəniz qoruğu (MPA) statusuna əsasən, artıq bu qalıqlardan hər hansı əşyanı çıxarmaq qanun pozuntusu hesab olunacaq. 1919-cu ilin iyununda müharibə başa çatdıqdan bir neçə ay sonra Almaniyanın Açıq Dəniz Donanması Kral Donanması tərəfindən saxlanıldığı vaxt öz heyətləri tərəfindən batırılıb. Ümumilikdə 74 döyüş gəmisindən 52-si dənizin dibinə çöküb. Sonrakı illərdə bu gəmilərin əksəriyyəti sudan çıxarılaraq metal kimi utilizasiya edilsə də, hazırda Skapa Körfəzinin dibində həmin donanmaya aid yeddi gəmi qalığı qalır. Bundan əlavə, ərazidə 90-dan çox başqa balıqçı gəmiləri, XVIII əsrə aid yelkənli gəmilər və digər hərbi gəmilər kimi gəmi qalıqları da mövcuddur.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Navalnının dörd tərəfdaşı qiyabi həbs edildi

Bugün TV

Plastik tullantılar təhlükə mənbəyidir

Nigar Məmmədova

Çin dünyada elektromobillərin ən böyük şarj şəbəkəsini qurur

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu