36 C
Baku
20 İyul 2025, 16:34
Baş xəbərDünya

Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi verəcək

Böyük Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi göndərəcək.

Bugun.tv xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

“Biz Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Ona görə də bu gün Rusiya pilotsuz təyyarələrini və raketlərini son dərəcə dəqiqliklə vurmağa qadir olan hava hücumundan müdafiə sistemlərinin arsenalını tamamlamaq üçün yüzlərlə hava hücumundan müdafiə raketi göndəririk”, – nazir sosial şəbəkədə yazıb.

Qrant Şapps digər Qərb ölkələrini də Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etməyə çağırıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Böyük Britaniya Kiyevə 4,6 milyard funt sterlinq (5,9 milyard dollar) məbləğində hərbi yardım göstərib. Birləşmiş Krallıq Ukraynanı əsasən uzaq mənzilli “Storm Shadow” raketləri, “Challenger 2” tankları, özüyeriyən AS90 haubitsaları və M270 reaktiv yaylım atəşi sistemləri ilə təmin edib.

Rusiyanın Böyük Britaniyadakı səfirliyi bəyan edib ki, Kiyev hakimiyyətinə müxtəlif növ silahların tədarükü Londonun Ukraynadakı münaqişəyə açıq cəlb olunduğunu göstərir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Sel İstanbulu pis vurdu! Küçükçekmece, Sarıyer…

Kəmalə Sultan

Rusiya Qara dənizdə mülki gəmini hədəf aldı: raketlə hücum etdi

Aynur Camal

Rusiya ABŞ-ı ittiham etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu