9 C
Baku
21 Dekabr 2025, 13:59
Baş xəbərHadisə

Britaniya və Danimarka arasında dünyanın ən uzun elektrik kabeli çəkildi

Böyük Britaniya və Danimarka arasında elektrik enerjisi mübadiləsi üçün dünyanın ən uzun sualtı kabeli istifadəyə verilib.

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın “National Grid” energetika kompaniyasının məlumatına görə, uzunluğu 764 kilometr olan 1400 meqavatlıq “Viking Link” kabeli Birləşmiş Krallıqda 2,5 milyon evi Danimarkada istehsal edilən daha ucuz bərpaolunan elektrik enerjisi ilə təmin edəcək.

Dəyəri 1,7 milyard funt-sterlinq olan müştərək layihə üzərində çalışmalar 2019-cu ildə başlayıb və dörd il davam edib. “Viking Link” Böyük Britaniyanı kontinental Avropa ilə birləşdirən altıncı kabeldir. Analoji elektrik kabelləri Belçika, Fransa, Niderland və Norveçə də çəkilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Martın 07-də gözlənilən hava şəraiti

Aynur Camal

4 rayonda dəniz suları basdı: Zərərlərin aradan qaldırılması üçün işlər görüldü

Aynur Camal

Hulusi Kılıç: “Şuşa Bəyannaməsi bizi 1 millət, 1 dövlət halına gətirib” – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu