7 C
Baku
21 Dekabr 2025, 12:21
Digər

Britaniyada dördgünlük iş həftəsinə keçənlərin sayı artır

Bugun.tv “Guardian”a istinadla xəbər verir ki, Milli Statistika İdarəsi (ONS) 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə 1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışdığını bildirib. Bu göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29 milyon nəfərlə müqayisədə 100 mindən çoxdur. Həmçinin ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən ştatla dördgünlük iş həftəsinə keçib. Bununla da, dördgünlük iş rejimində çalışanların ümumi sayı tam və qismən ştat üzrə 2,7 milyona çatıb. Bu, ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz idi. Mütəxəssislərin fikrincə, dördgünlük iş rejimi işçilərə daha çox istirahət imkanı verir, onların psixoloji sağlamlığını qoruyur, həmçinin iş yerlərində motivasiyanı artıraraq kadrların saxlanılmasına müsbət təsir göstərir.

Bugün TV

Oxşar xəbərlər

Böyük Britaniya vətəndaşlığının ləğvi böhranı: Qara və Asiyalı britaniyalıların hədəfə alınma ehtimalı 12 dəfə çoxdur

Aynur Camal

Jelka Tsviyanoviç ABŞ Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün Bosniya və Herseqovinanın Rəyasət Heyətinə təşəbbüs göndərdi

Bugün TV

Şəki Dövlət Dram Teatrı uşaqlar üçün Novruz bayramı şənlikləri hazırlayır

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu