25 C
Baku
19 İyul 2025, 23:59
Dünya

Britaniyanı silkələyən hücum: Baş nazirin evini yandıran üçüncü şəxs ukraynalıdır

Böyük Britaniyanın baş naziri Key Starmerin evinə hücum edən üçüncü şəxs Ukrayna vətəndaşı çıxdı. London polisi hücum edənin 34 yaşlı Petro Poşinok olduğunu müəyyən edib.

Böyük Britaniyanın baş naziri Keir Starmerin Londondakı iki evi bir-birindən 24 saat sonra yandırılıb. Yanğın nəticəsində evlərdə yanğınlar baş verərkən, 21 yaşlı Roman Lavrinoviç “həyatı təhlükə altına almaq məqsədi ilə yanğın törətmək” şübhəsi ilə saxlanılıb.

Lavrinoviçin ardınca London polisi Rumıniya vətəndaşı Stanislav Karpiuku da yandırma hücumları ilə bağlı “həyatı təhlükə altına almaq məqsədi ilə yandırmaqda” ittiham edib.

Polis yanğın hücumları ilə bağlı saxlanılan üçüncü şəxsin 34 yaşlı Ukrayna vətəndaşı Petro Poşinok olduğunu bildirib.

Xatırladaq ki, Starmer və ailəsi Baş nazirin iqamətgahı olan 10 nömrəli evə köçməzdən əvvəl bu evlərdən birində yaşayırdılar.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Qəfil hava dəyişiklikləri baş verdi

Aynur Camal

Gecə boyu Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar olub

Kəmalə Sultan

Təhlükəsizlik kilidləri nasaz oldu, faciəli ölüm baş verdi

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu