Dünya

Britaniyanın baş naziri Starmerdən Suriya ilə bağlı açıqlama

İngiltərə Baş naziri Keir Starmer Suriyada gözlənilməz hadisələrin olduğunu və “Əsədin gedişini alqışlayırıq” deyib.

Rejim əleyhinə qüvvələr Dəməşqə daxil olub və Suriyada 61 illik rejim süqut edib.

Suriyadakı hadisələrin beynəlxalq əks-sədaları maraqla gözlənildiyi halda, İngiltərədən açıqlama gəldi.

İngiltərə Baş naziri Keir Starmer Suriyadakı hadisələrlə bağlı bir qiymətləndirmə etdi.

Bölgədəki müttəfiqlərlə ünsiyyətdə olduqlarını bildirən Starmer, “Suriya xalqı Əsədin barbar rejimi altında çox əziyyət çəkdi. “Biz onun gedişini müsbət qarşılayırıq.

Suriyada sülhün və sabitliyin təmin edilməsinə və siyasi həllə fokuslandıqlarını qeyd edən Starmer, “Bütün tərəfləri mülki vətəndaşları və azlıqları qorumağa və həyati əhəmiyyətli yardımların önümüzdəki saatlarda və günlərdə ehtiyacı olanlara çatmasını təmin etməyə çağırırıq” dedi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Roma Papası XIV Leo əməliyyatdan sonra sağalmağa başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu