22 C
Baku
12 Sentyabr 2025, 2:03
Baş xəbər

Bruneyin Sultanı prezidentə təbrik məktubu

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz dövlətlərimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq forumlarda daha da inkişaf etdirmək imkanlarını alqışlayırıq.

Mən, həmçinin Sizə və hökumətinizə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə bağlı bütün hazırlıqlarınızda uğurlar arzulayıram.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hacı Həssənal Bolkiah Bruneyin Sultanı

Mənbə: prezident.az

Bugün TV

Oxşar xəbərlər

Ümumdünya Meteorologiya Təşkilatı: “Biz daha güclü istilərə hazır olmalıyıq”

Teymur Əziz

Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Aynur Camal

Avtomobilin dirəyə dəyməsi nəticəsində 4 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu