10 C
Baku
22 Dekabr 2024, 22:08
Digər

BŞTİ: “Təhsilin keyfiyyətinin yüksəldilməsi qarşıda duran əsas hədəflərdəndir”

Bugun.tv xəbər verir ki, təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Bu tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrində 2023-2024-cü tədris ilinə hazırlıqla bağlı facebook hesabında paylaşım edib:

– 1 ümumi təhsil məktəbində əsaslı təmir və tikinti işləri aparılır.

– 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır.

– 50 ümumi təhsil məktəbində cari təmir işləri aparılıb.

– 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb.

– 3 ümumi təhsil müəssisəsində əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

Bununla yanaşı, paytaxtdakı təhsil müəssisələri dərsliklərlə təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəsissələri üçün 1 854 703 ədəd dərslik yerlərə çatdırılıb.

2023-2024-cü tədris ilinin hədəflərinə gəlincə, “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə” öz əksini tapıb. Bu çərçivəyə uyğun olaraq “XXI əsrin tələblərinə uyğun təhsil” növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilib və qarşıdakı illərdə təhsildə başlıca hədəflər olaraq yer alıb.

Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, “ömürboyu təhsil” sisteminin gücləndirilməsi, rəqəmsal səriştələrin artırılması və s. istiqamətlərin hər biri qarşımızda duran hədəflərdir.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verdi

Teymur Əziz

Ceyhun Bayramov İrəvanı danışıqlar masasına qayıtmağa çağırıb

Nigar Məmmədova

“Qara” bazarda dəyəri 20 milyon manat olan 512 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu