24 C
Baku
3 İyul 2025, 19:24
Siyasət

“Bu, bütövlükdə rejimin cinayətkar mahiyyətinin göstəricisidir” – Deputat

Yekaterinburqda baş verən hadisə Rusiyada azərbaycanlılara qarşı daimi diskriminasiya siyasətinin növbəti təzahürüdür.

Daha öncə də çoxsaylı insan itkisi ilə nəticələnmiş AZAL- a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması və Rusiya rəhbərliyi tərəfindən müvafiq addımların atılmaması hadisələrin qərəzli xarakter daşıdığını göstərir. Ukrayna cəbhəsində biabırçı şəkildə uğursuzluğa düçar olmuş Kremlin əsasən qeyri- rus kökənli vətəndaşlarını və hətta vətəndaşlıq statusu olmayan miqrantları məcburən Ukrayna cəbhəsinə göndərmək cəhdləri onu göstərir ki, Rusiya rəhbərliyi ölkəni qeyri- rus kökənli millətlərin nümayəndələrindən təmizləmək yolunu tutub. Qeyri- ruslara qarşı milli ayrı- seçkilik siyasətinin yürüdülməsi yeni hadisə deyil.

Rusiya ərazisində bu kimi hallar tarix boyu zaman- zaman baş verib. Getdikcə sayı azalan və azaldıqca da azğınlaşan rus şovinistləri öz millətinin deqradasiya səbəblərini özlərinin qəbilə düşüncəsındən ayrıla bilməməsində yox, qeyri- rus mənşəli xalqların Rusiya cəmiyyətində getdikcə daha çox nüfuz qazanmasında görürlər. Buradan doğan qəzəb Rusiya dövət qurumlarının digər millətlərin nümayəndələrinə qarşı münasibətində və davranışında özünü göstərir.

Müasir Rusiya hələ də bir neçə əsr əvvəl olduğu kimi başıpozuq bandit dəstələri tərəfindən idarə olunan bir ərazini xatırladır. Bu ölkədə baş verən hadisələr heç bir sivil qanunla tənzimlənmir. Vaxtaşırı miqrantlara qarşı törədilən zorakılıq halları, öz vətəndaşlarına qarşı tətbiq olunan amansız cəza üsulları onu göstərir ki, dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrdən təcrid edilmiş Rusiya rəhbərliyi öz nifrətini öz xalqına qarşı yönəltməkdən başqa bir yol tapmır. Artıq cəhənnəmə vasil olmuş SSRİ- ni “diriltmək” kimi absurd bir ideyanı özünə “milli ideya” kimi müəyyənləşdirmiş Rusiya rəhbərliyi beybəlxalq siyasi sistemin tamhüquqlu üzvündən terrorçu bir qrupa çevrilməkdədir. Hazırda Rusiyanın xarici və daxili siyasəti cinayətkar aləmə xas olan qayda-qanunlarla yürüdülür. Yekaterinburqda baş verən son hadisələr göstərir ki, Rusiya hüquq- mühafizə orqanları cinayəti təqib etmək və aradan qaldırmaq əvəzinə özləri cinayət əməlləri törədirlər. Bu isə bütövlükdə rejimin özünün cinayətkar təbiətinin göstəricisidir. Cinayətkar dövlət isə əvvəl-axır məhvə məhkumdur.

Cavanşir Feyziyev 

 Milli Məclisin deputatı 

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-Ermənistan münasibətlərində növbəti addım nə olacaq?- ŞƏRH

İntizar Əmirova

Ərdoğanın ölkəmizə səfəri bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin nümayişidir

Nigar Məmmədova

“İlkin tibbi-sanitariya yardımı” mövzusunda tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu