Bildirilib ki, Tehrandan İranın Təbrizə uçan “Fokker-100” tipli sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Ərdəbil şəhərində məcburi eniş edib. Hadisədə can itkisinin olmadığı, lakin məcburi enişdən sonra 4 nəfərin xəstələndiyi bildirilib.
Bu yaxınlarda İran prezidenti və onun nümayəndə heyəti helikopter qəzasında həyatını itirib.
İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Ərdəbil Vilayəti Hava Limanlarının baş direktoru Məhəmməd Kasabi Tehrandan Təbrizə qalxan sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən Ərdəbildə eniş etməli olduğunu açıqlayıb.
Hadisədə can itkisinin olmadığını, lakin məcburi enişdən sonra 4 nəfərin şiddətli ürəkbulanma, başağrısı və qulaq ağrılarından şikayətləndiyini bildirən Kasabi, bu sərnişinlərin ambulator olaraq müalicə edildiyini bildirib.İran rəsmisi texniki nasazlıq və insidentin təfərrüatları ilə bağlı əlavə açıqlama verməyib.
Ərdəbil Sağlamlıq Elmləri Universiteti vəziyyətin bildirilməsindən sonra hadisə yerinə 7 təcili yardım maşını və bir təcili yardım avtobusunun göndərildiyini və xəstəxanaların həyəcan vəziyyətinə gətirildiyini açıqlayıb.
Məcburi eniş edən sərnişin təyyarəsinin Iran Air-ə məxsus Fokker-100 tipli təyyarə olduğu bildirilib. ABŞ-ın birtərəfli sanksiyaları İranın mülki aviasiya sektoruna böyük ziyan vurur. Sanksiyalar səbəbindən köhnəlmiş təyyarə parkını yeniləyə bilməyən İran təyyarə hissələrinin idxalında da böyük çətinliklər yaşayır.
Bu səbəbdən ölkə daxilində uçuşlarda vaxtaşırı texniki nasazlıqlar, qəzalar baş verir.
Hollandiya istehsalı olan Fokker-100 sərnişin təyyarəsinin istehsalı 1998-ci ildə dayandırılmışdı.
Mənbə: TGRT