25 C
Baku
10 Sentyabr 2025, 21:42
Texnologiya

Bu dövlətlər kosmik texnologiyalar sahəsində razılığa gəldilər

Bugun.tv xəbər verir ki, Yaponiya və Hindistanın baş nazirləri müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Yaponiyanın Baş naziri Kişida Fumio Hindistanın ev sahibliyi etdiyi G20 Liderlərinin 18-ci Sammiti çərçivəsində baş nazir Narendra Modi ilə görüşüb.

Görüş zamanı iki lider həmçinin qanuna əsaslanan azad və açıq beynəlxalq nizamın qorunmasının vacibliyini vurğulayıblar.

Kişida sammit çərçivəsində Hollandiyanın baş naziri Mark Rutte və Avstraliyanın baş naziri Entoni Albanese ilə ayrı-ayrılıqda görüşüb.

Yaponiyanın baş naziri həmkarlarına Fukusima Dai-i Atom Elektrik Stansiyasından emal olunmuş tullantı sularının okeana buraxılması prosesinin təfərrüatlarını izah edib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ChatGPT istifadəçilərini süni intellektlə ünsiyyətdən fasiləyə göndərməyə başlayacaq

İntizar Əmirova

Robot dünyada ilk dəfə radio yayımlayacaq

Teymur Əziz

Almaniyada “Ford Focus” zavodunda istehsal dayandırıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu