Nurcan bəy məmləkətdə ən böyük şirkətlərdən birinin prezidentidir. Məlum məsələdir ki, ən böyük şirkət prezidentinin ən böyük villası olur. Nurcan bəy günün birinci yarısını işdə, ikinci yarısını villasında eyş-işrətlə, gözəllərlə keçirirdi. Qəribə əyləncələri var idi. Gözəlləri cimərlik paltarında hovuza atardı, bir az keçəndən sonra onlara cimərlik paltarlarını çıxardıb, hovuzun kənarına qoyub, üzməklərini əmr edirdi. Özu kənara çəkilib, buna tamaşa edib, keyf alardı. Axşamlar isə gözəllər arasında oriental rəqs müsabiqəsi keçirərdi. Gecə gözəllərin otaqlarına baş çəkərdi. Səhər işə gələrdi. Bir gün səhər işə gələndə gözətçini yatmış görub oyatdı. Gözətçi yuxudan dik atıldı.
– Gözətçi nədir, yatdı nədir?!
– Nurcan bəy, əntiqə yuxu görurdüm. Yuxunun şirin yerində məni oyatdın.
– Nə görürdün yuxuda?
– Yuxuda gördüm ki, mənim böyük villam var. Gözəllər hovuzda çimirlər. Mən özümu hovuza atmaq istəyirdim ki, məni oyatdın.
Nurcan bəy bərkdən güldü:
– Sənin yuxuda gördüklərini mən hər gün həyatda görürəm.
Gözətçi Nurcan bəyə baxıb, başını yellədi:
– Mən o cahi-cəlali gözümü açanda itirdim, sən isə gözünü yumanda itirəcəksən.
Əhməd Orucoğlu