Qərbi Çindəki Quliya buzlaqında aparılan araşdırmalar qorxulu faktı üzə çıxarıb. Alimlər təxminən 40 min il əvvələ aid 1700 qədim virus müəyyən ediblər. Qərbi Çindəki Quliya buzlaqında alimlərin apardıqları araşdırmada təəccüblü kəşf edilib. Təxminən 40 min il əvvələ aid olan bu buzlaqdan götürülmüş nümunələrdə əvvəllər məlum olmayan 1700 qədim virus aşkar edilib.
Ohayo Dövlət Universitetindən ZhiPing Zhong-un rəhbərlik etdiyi qrup buzlaqdan götürülmüş nümunələrdə DNT-ni yenidən qurub. Bu araşdırma nəticəsində ortaya çıxan virusların təxminən 75%-nin daha əvvəl müasir insanlara məlum olmadığı qənaətinə gəlinib.
Aşkar edilən viruslardan biri alimlərin diqqətini çəkib. Bu virus təxminən 11.500 il əvvələ, sonuncu böyük iqlim keçidinin baş verdiyi vaxta aiddir. Tədqiqatçılar bu kəşfin virusların iqlim dəyişikliyinə necə reaksiya verdiyini anlamaq üçün vacib olduğunu vurğulayırlar.
Tapıntının digər maraqlı tərəfi isə buzlaqın Çində yerləşməsinə baxmayaraq, bəzi virusların Yaxın Şərq və Arktika bölgələrindən gəldiyi də müəyyən edilib. Bu onu göstərir ki, hətta qədim dövrlərdə də viruslar geniş coğrafi ərazilərdə yayıla bilirdi.
ZhiPing Zhong bu kəşfin əhəmiyyətini belə izah edir: “Gərgin iqlim dövründə virusların necə təkamül etdiyini başa düşmək bizə gələcək iqlim dəyişiklikləri zamanı virusların necə davranacağını proqnozlaşdırmağa kömək edə bilər” ifadələri ilə izah edib.
Tədqiqatçılar aşkar edilən virusların insanlar üçün təhlükəli olub-olmaması barədə dəqiq açıqlama verməyiblər. Lakin onlar bildirirlər ki, bu kəşf qədim dövrlərdəki həyat və iqlim haqqında yeni məlumatlar verə bilər.
Quliya buzlaqı dünyanın ən hündür yaylası olan Tibet yaylasının bir hissəsidir. Bu bölgə təxminən 2,5 milyon kvadrat kilometr ərazini əhatə edir. Bu buzlaqda əvvəllər də 15 min il əvvələ aid nümunələr tapılıb.
Mənbə: TGRT