21 C
Baku
15 Mart 2025, 16:08
Baş xəbərDünya

Bu film deyil, realdır! Onlar atları ilə alovun içindən belə keçdilər

İspaniyanın 400 illik Las Luminarias ənənəsini davam etdirən San Bartolome de Pinares kəndinin sakinləri öz inancına uyğun olaraq pisliyi qovmaq üçün atları ilə nəhəng alovların üstündən tullanıblar.

Festivallar diyarı İspaniyada pisliyi qovmaq üçün Las Luminarias adlanan 4 əsrlik tədbir bu il də rəngarəng səhnələrə şahidlik edib. Avila şəhərinin San Bartolome de Pinares kəndində kəndlilər 18-ci əsrdən bəri keçirilən tədbir çərçivəsində atlarını nəhəng yanğının üstündən tulladılar. Katolik dini inancına görə heyvanları qoruyan müqəddəs Antonun xatirəsinə hər il yanvarın 16-na keçən gecə keçirilən tədbir həm də 550 əhalisi olan kəndin dünya miqyasında tanınmasına imkan yaradır.

Tədbir çərçivəsində kənd kilsəsində keçirilən ayindən sonra keşiş tərəfindən xeyir-dua verilən atlar kortejdə kəndin müxtəlif yerlərində yandırılan odların üstündən keçirilir.

Tüstünün atları şər ruhlardan təmizlədiyinə və ilin sağlam keçməsini təmin etdiyinə inanan kəndlilər daha çox tüstü yaratmaq üçün ağacların nazik, yaşıl budaqlarından istifadə edərək odun yandırırlar.

Digər tərəfdən, İspaniyadakı heyvan hüquqları dərnəkləri atların əziyyət çəkdiyini əsas gətirərək, od əvəzinə yalnız tüstüdən istifadə edilməsini tələb edir.

Atların ən yaxşı şəkildə qorunduğunu və heç bir zərər görmədiyini müdafiə edən San Bartolome de Pinares xalqı, əhəmiyyət verdikləri bu ənənənin orijinal halında davam etdirilməsindən güzəştə getmirlər.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çində daş kömür karxanasının çökməsi nəticəsində 5 nəfər həlak olub

Nigar Məmmədova

Terror aktının qarşısını alndı

Bugün TV

Medvedev Baydenin Ukraynaya səfərini şərh edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu