Awear şirkəti stress səviyyəsini real vaxt rejimində izləməyə imkan verən yeni mini sensorunu təqdim edib. Gadget beyin dalğalarını EEG (elektroensefaloqrafiya) texnologiyası vasitəsilə analiz edərək istifadəçinin psixoloji vəziyyəti barədə məlumat toplayır və stress əlamətlərini erkən mərhələdə müəyyənləşdirməyi hədəfləyir.
Məlumata görə, cihaz istifadəçinin gündəlik fəaliyyətləri zamanı beyin aktivliyində baş verən dəyişiklikləri izləyir və əldə edilən göstəricilər mobil tətbiq vasitəsilə təqdim olunur. Bu yanaşma stressin artdığı anları müəyyən etməyə, həmçinin istirahət və rahatlama ehtiyacını vaxtında dərk etməyə imkan yaradır.
Mütəxəssislər qeyd edirlər ki, bu tip texnologiyalar psixoloji sağlamlığın qorunmasında önləyici rol oynaya bilər. Awear sensorunun gələcəkdə fərdi sağlamlıq monitorinqi və rəqəmsal rifah sahəsində geniş istifadə ediləcəyi gözlənilir.
Mənbə: mail.ru
