Baş xəbər

“Bu gün Ağdaban soyqırımının 31-ci ildönümüdür”

Millət vəkili Jalə Əhmədova yazır…

“Kəlbəcər rayonunun Ağdaban kəndi 1992-ci il aprel ayının 8-də erməni vəhşiliyinin qurbanı olub və yer üzündən tamamilə silinib. Səhərə yaxın erməni quldurları tərəfindən hücuma məruz qalan 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, kəndin 779 nəfər dinc sakininə amansız işgəncələr verilib. Ağdaban kəndinin 67 nəfər sakini xüsusi qəddarlıqla qətlə yetirilib, 90-100 yaşlı 8 nəfər qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb”.

Ermənilərin törətdiyi bu soyqırım nəticəsində tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılaraq talan olunub, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurban və onun oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və məhv edilib.

Soyqırım qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, Allahdan hər birinə rəhmət diləyirəm”.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu