Bu gün dünyanın diqqətini çəkən nadir astronomik hadisə – annulyar günəş tutulması, yəni “alov halqası” müşahidə olunacaq.
Bu tutulma zamanı Ay Günəşin tam qarşısından keçsə də, onu tam örtmür. Nəticədə Günəşin kənar hissəsi işıqlı qalır və səmada parlaq halqa görüntüsü yaranır. Məhz buna görə bu hadisə “alov halqası” adlandırılır.
Mütəxəssislərin məlumatına görə, tutulmanın ən aydın şəkildə izlənəcəyi bölgə Antarktida olacaq. Hadisənin qismən görünə biləcəyi ərazilər arasında isə Cənubi Afrika, Argentina, Çili, Madaqaskar, Mavritaniya və yaxın regionlar qeyd olunur. Tutulmanın ən aktiv mərhələsinin təxminən 2 dəqiqə davam edəcəyi bildirilir.
Astronomlar bu hadisəni 2026-cı ilin ən maraqlı göy hadisələrindən biri kimi qiymətləndirir. Ekspertlər vurğulayır ki, günəş tutulmasına baxarkən mütləq xüsusi qoruyucu eynəklərdən istifadə olunmalıdır. Çünki birbaşa baxış gözə ciddi zərər verə bilər.
Mənbə: SkyatnightMagazine
