14 C
Baku
17 Fevral 2026, 20:13
Maraqlı faktlar

Bu gün “Alov halqası” günəş tutulması baş verir

günəş tutulması 2026, alov halqası tutulması, annulyar günəş tutulması, Antarktida günəş tutulması, astronomik hadisələr,

Bu gün dünyanın diqqətini çəkən nadir astronomik hadisə – annulyar günəş tutulması, yəni “alov halqası” müşahidə olunacaq.

Bu tutulma zamanı Ay Günəşin tam qarşısından keçsə də, onu tam örtmür. Nəticədə Günəşin kənar hissəsi işıqlı qalır və səmada parlaq halqa görüntüsü yaranır. Məhz buna görə bu hadisə “alov halqası” adlandırılır.

Mütəxəssislərin məlumatına görə, tutulmanın ən aydın şəkildə izlənəcəyi bölgə Antarktida olacaq. Hadisənin qismən görünə biləcəyi ərazilər arasında isə Cənubi Afrika, Argentina, Çili, Madaqaskar, Mavritaniya və yaxın regionlar qeyd olunur. Tutulmanın ən aktiv mərhələsinin təxminən 2 dəqiqə davam edəcəyi bildirilir.

Astronomlar bu hadisəni 2026-cı ilin ən maraqlı göy hadisələrindən biri kimi qiymətləndirir. Ekspertlər vurğulayır ki, günəş tutulmasına baxarkən mütləq xüsusi qoruyucu eynəklərdən istifadə olunmalıdır. Çünki birbaşa baxış gözə ciddi zərər verə bilər.

Mənbə: SkyatnightMagazine

Aynur Camal

Oxşar xəbərlər

17 fevralda qeyri-adi astronomik hadisə baş verəcək

Aynur Camal

Qədim Misir mumiyalarının ətri tətbiq ediləcək

Aynur Camal

Fillərin xortumundakı “bığ” hissetmə duyğusunda əsas rol oynayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu