17 C
Baku
10 İyun 2025, 2:17
Baş xəbərSosial

Bu gün Azərbaycan Gəncləri Günüdür

Azərbaycan gəncləri fevralın 2-də öz bayramlarını təntənəli şəkildə qeyd edirlər.

Bu əlamətdar tarix gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə yönəlmiş tədbirlərə xüsusi önəm verən və siyasətin ən mühüm sahələrdən biri kimi qiymətləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq bu tarix Azərbaycanda təntənəli şəkildə qeyd olunur.

Bundan əlavə, ümummilli lider bu sahədə dövlət siyasətini uğurla həyata keçirmək üçün bütün dünya üçün örnək olan daha bir addım atdı – zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Bura gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onun nümayəndələrinin bacarıqlarının inkişafına töhfə verən fərman və sərəncamlar, dövlət proqramları daxildir.

Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onun mənəvi-ideoloji inkişafına, sosial problemlərinin həllinə, səmərəli məşğulluğunun təmin olunmasına müsbət təsir göstərməkdədir. Prezident İlham Əliyev öz qərarları ilə ulu öndərin gənclər siyasətinə sadiqliyini təsdiq edir. Bu sahəyə göstərilən yüksək diqqətin nəticəsi gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyə olunması, xarici ölkələrdə təlim-tərbiyə alması, sosial müdafiəyə ehtiyacı olan insanların problemlərinin həllinə yönəlmiş işlər, o cümlədən gənclərin formalaşması üçün yaradılan şərait və imkanlardır.

Aynur Camal

Oxşar xəbərlər

“İkitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır”

Aynur Camal

4,7 bal gücündə zəlzələ baş verib

Bugün TV

Qaradəniz qazı dünya mətbuatında

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu