19 C
Baku
8 Sentyabr 2024, 3:19
Baş xəbərSiyasət

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Bugun.tv xəbər verir ki,hər il 17 noyabr dövlətimiz və xalqımız tərəfindən «Milli Dirçəliş Günü» kimi qeyd edilib.
1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.

Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

 

İntizar Əmirova

Oxşar xəbərlər

“Ticarət əlaqələrimiz 2 dəfədən çox artsa da, hələlik istədiyimizə uyğun deyil”

Aynur Camal

Ölənlərin sayı 22 minə yaxınlaşdı

Teymur Əziz

Prezident Ərdoğan Naxçıvandan Türkiyəyə yola düşüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu