6 C
Baku
24 Fevral 2026, 6:04
Baş xəbərSosial

“Bu gün Azərbaycan mədəniyyətinin qəlbinə ağır bir dağ çəkildi”

“Muğam sənətinin canlı ustadı, ruhun və tarixin səsi, Xalq artisti Arif Babayev Haqqa qovuşdu. O, bir sənətkar deyildi yalnız – o, səsin özündə Tanrıya gedən yol idi.

Azərbaycan muğamı bu gün sükut içindədir. Çünki o səs, o ahəng, o Tanrının nəfəsi kimi qəlbimizə düşən nida – susdu.

O, təkcə oxumurdu. O, danışmayan torpağın, susan daşın, vəfalı tar və kamancanın dilini açırdı.

Muğam onun timsalında Tanrıya daha da yaxın idi. Çünki o, muğamla dua edirdi, muğamla ağlayırdı, muğamla milləti və insanlığı anlayırdı.

İndi bizim ocağımızda bir köz sönmüş kimidir.

Lakin o köz – sönən deyil, sirrini torpağa yazan közdür.

Arif Babayev bu torpağa yalnız muğam yox, bir fəlsəfə, bir tərbiyə, bir əxlaq buraxdı.

Bu böyük itki qarşısında fəlsəfi olaraq bir sual doğur:

Səs hara gedir, əgər onu ruh daşıyırdısa?

Cavabı belədir:

Səs – bədənə bağlı deyildi heç vaxt.

Arif Babayevin səsi – indi xalqın yaddaşında, qəlbində, Tanrıya yaxın bir məkanda yaşayır”.

Magen David: “Azərbaycan təşkilatı adından Arif müəllimə Tanrıdan rəhmət diləyirik”.

Aynur Camal

Oxşar xəbərlər

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Deputat əlavə məzuniyyət kompensasiyaları ilə bağlı qərarı açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu