25 C
Baku
3 İyul 2025, 13:49
Baş xəbər

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bugün.tv-nin məlumatına görə,  hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib.

Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

 

Aynur Camal

Oxşar xəbərlər

Kimyəvi maddədən 47 nəfər zəhərləndi

Bugün TV

7 kəndin bələdiyyə sədrləri barəsində protokol tərtib olundu

Kəmalə Sultan

Cinayət təşkilatının 7 vilayətdə əməliyyatı oldu: 22 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu