19 C
Baku
8 Sentyabr 2024, 3:19
Mədəniyyət

Bu gün bəstəkar Ağabacı Rzayevanın doğum günüdür

Bugun.tv xəbər verir ki, Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirmiş, bir neçə il Saray və Maştağada müəllimlik etmişdir.

Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmov, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin kompozisiya sinifində təhsil almışdır. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.

Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış “Vətənpərvərlik Marşı” idi.O, həmçinin bir sıra mahnı və romansların, “Mübahisə etmə” musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur (“Kukla”, “Qaranquş”, “Mənim ağ göyərçinim”, “Sabahkı günün ustaları”, “Kiçik kapitan”, “Mən qərənfiləm” və s.).

O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilmiş, 1963-cü ildə isə Ali Sovetin deputatı olmuşdur.

5 iyul 1975-ci ildə Bakıda vəfat etmiş bəstəkar 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bölgələrdə bayram şənliyi təşkil olunub

Elnarə Dərziyeva

Berqmanla birinci görüş-AK

Bugün TV

Məşhur müğənni əməliyyat oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu