Bu gün Beynəlxalq Könüllülər Günü qeyd olunur.
Bu barədə Millət vəkili Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.
Deputat paylaşımında bildirib ki, könüllülük insan kapitalının ən dəyərli resursu kimi cəmiyyətin dayanıqlığını təmin edən, sosial həmrəyliyi gücləndirən fundamental bir hərəkatdır. Onun sözlərinə görə, hər bir könüllü zamanını, enerjisini və biliklərini heç bir qarşılıq gözləmədən bölüşən, ətraf mühitin qorunmasından humanitar yardıma qədər bir çox sahədə müsbət dəyişiklik yaradan əsl qəhrəmandır.
Ceyhun Məmmədov könüllüləri bayram münasibətilə təbrik edərək, onların cəmiyyətə verdiyi töhfələrə görə təşəkkürünü bildirib: “Sizlər işıqlı gələcəyə aparan yolda bələdçisiniz” — deyə deputat vurğulayıb.
