3 C
Baku
14 Dekabr 2025, 15:28
Digər

Bu gün Beynəlxalq Könüllülər Günü qeyd olunur

Bu gün Beynəlxalq Könüllülər Günü qeyd olunur.

Bu barədə Millət vəkili Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.

Deputat paylaşımında bildirib ki, könüllülük insan kapitalının ən dəyərli resursu kimi cəmiyyətin dayanıqlığını təmin edən, sosial həmrəyliyi gücləndirən fundamental bir hərəkatdır. Onun sözlərinə görə, hər bir könüllü zamanını, enerjisini və biliklərini heç bir qarşılıq gözləmədən bölüşən, ətraf mühitin qorunmasından humanitar yardıma qədər bir çox sahədə müsbət dəyişiklik yaradan əsl qəhrəmandır.

Ceyhun Məmmədov könüllüləri bayram münasibətilə təbrik edərək, onların cəmiyyətə verdiyi töhfələrə görə təşəkkürünü bildirib: “Sizlər işıqlı gələcəyə aparan yolda bələdçisiniz” — deyə deputat vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Silahlı Qüvvələr Günü- 107

Aynur Camal

Zəngin “Çılğın endirim günləri” beynimizə necə təsir edir?

Aynur Camal

Deputat: “Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yaşayacaq”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu