25 C
Baku
26 İyul 2025, 5:55
Digər

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

İyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktoranturadissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları, həmçinin buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

Doktoranturaya qəbul imtahanına 1718 nəfər (1672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verəcək.

İmtahanda 2 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

Azərbaycan dili (dövlət dili kimi) imtahanında isə 1153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur

İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Aynur Camal

Oxşar xəbərlər

Berlində Kiyevə silah tədarükünə qarşı mitinq keçirilib

Nigar Məmmədova

Yunus Əmrə İnstitutu ilə Nizami Gəncəvi Fondu arasında memorandum imzalanıb

Nigar Məmmədova

Hepatit A infeksiyasına yoluxma halları ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MƏLUMATI

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu