22 C
Baku
9 Sentyabr 2025, 2:22
Baş xəbərDünya

Bu gün Finlandiya NATO-nun tamhüquqlu üzvü olacaq

Bugun.tv xəbər verir ki, prezident Sauli Niinistö rəsmi andiçmə mərasimində iştirak etmək üçün Brüsselə gedəcək.

Qeyd edək ki, Finlandiya NATO-nun 31-ci üzvü olacaq.

Niinistö və Haavisto ilə yanaşı, müdafiə naziri Antti Kaikkonen də NATO-nun qərargahında bayraq qaldırma mərasimində iştirak edəcək.

“Finlandiya alyansın 31-ci üzvü oldu. Bunu alqışlayıram və bidirmək istəyirəm ki,  bu hərbi alyansın tarixində ən sürətli NATO-ya qoşulma prosesidir” – NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

Stoltenberqin qeyd etdiyi kimi, İsveç də gələcəkdə alyansın üzvü olacaq. Eyni zamanda, Finlandiyanın üzvlüyü həm İsveçin təhlükəsizliyini gücləndirəcək, həm də hərbi alyansla daha sıx əlaqələr yaradacaq, deyə o bildirib. “İsveç tək qalmayacaq” deyə Stoltenberq əmin edib.

Aynur Camal

Oxşar xəbərlər

“Dünyanın ən ölümcül mağarası”: yeni pandemiya haradan gələcək?

Aynur Camal

Küçələri, evləri su basdı – FOTO

Kəmalə Sultan

Ukraynada avtobusa pilotsuz təyyarə hücumu: 9 işçi həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu