25 C
Baku
20 İyul 2025, 8:36
Baş xəbərMədəniyyət

Bu gün memar, müğənni, aktyor Mirzə Babayevin doğum günüdür

Bugun.tv -xəbər verir ki, Azərbaycanın görkəmli müğənnisi Mirzə Babayevin doğum günü münasibətilə araşdırmaçı jurnalist Anar Tağıyev öz sosial media hesabında məlumat paylaşıb.

O qeyd edib ki, bu gün memar, müğənni, aktyor Mirzə Babayevin (1913-2003) doğum günüdür. İkinci Dünya Müharibəsində döyüşüb, leytenant rütbəsi və orden-medallarla qayıdıb. Bakıda bir çox binaların, o cümlədən Nizami adına Ədəbiyyat muzeyinin, “Vətən” kinoteatrının layihə müəlliflərindəndir. Həyat yoldaşı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə Babayev onu o qədər çox sevirmiş ki, sonra evlənməyib. Xanımının şəklini isə həmişə üstündə gəzdirirmiş. “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. 40-a yaxın filmdə aktyor kimi iştirak edib.

Araşdırmaçı jurnalist Anar Tağıyev

Aynur Camal

Oxşar xəbərlər

6,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 127-yə çatdı

İntizar Əmirova

Helikopter qəzaya uğradı: 2 nəfər yaralandı

Bugün TV

Putin: Rusiya İslam ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu