6 C
Baku
24 Fevral 2026, 21:25
Baş xəbərMədəniyyət

Bu gün opera müğənnimizin 78 yaşı tamam olur

“Bu gün opera müğənnimiz, Xalq artistimiz Fidan Qasımovanın 78 yaşı tamam olur”.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Anar Tağıyev Facebook hesabında paylaşıb.

O qeyd edib ki, Fidan Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası Dezdemona, Aida (“Otello”, “Aida”, Cüzeppe Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (“Toska”, “Turandot”, “Bohema”, “Çio-Çio-san”, Cakomo Puççini), Mikaela (“Karmen”, Jorj Bize), Tatyana (“Yevgeni Onegin”, Pyotr Çaykovski), Nigar (“Koroğlu”, Üzeyir Hacıbəyli), Marqarita (“Faust”, Şarl Fransua Quno), Sevil (“Sevil”, Fikrət Əmirov) və digərlərindən ibarətdir. Onun repertuarına Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Arif Məlikov, Niyazi; rus bəstəkarlarından Mixail Qlinka, Pyotr Çaykovski, Sergey Raxmaninov; Qərbi Avropa bəstəkarlarından A. Stradella, İohan Sebastyan Bax, Georq Fridrix Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də Azərbaycan xalq mahnıları – “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir”.

Araşdırmaçı jurnalist Anar Tağıyev 

Aynur Camal

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

“Yarımçıq qalmış” tamaşa layihəsi uğurla başa çatdı

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu