11 C
Baku
18 Dekabr 2024, 11:52
Mədəniyyət

Bu gün qızıl ürəkli tarix adamın, Qafar Cəbiyevin doğum günüdür

Ona tarix adam da demək olar, əslində adam kimi adam, dost kimi dost, insan kimi isə ədalətli və sədaqətlidir.
Ömrünün 73-cü yayını araşdırır və onun sayəsində böyük bir tarix yaşayır. Azərbaycanın tarixçi-arxeoloq alimi, respublikanın əməkdar jurnalisti Qafar Cəbiyevin doğum günüdür. O daim axtarışdadır, torpaqla nəfəs alır sanki…Zəhmətsevər olmağı onu sevənlərin gözündə Qafar müəllimin ən özəl statusdur əslində. Öz həyat tərzi ilə alim kimi tarix yazan adam, həm də gərgin arxeoloji araşdırmaları ilə tarixi yaşadır.
Çoxları üçün həyat amalı olan torpağın parlaq sərvəti qızıl dəfilələri elə o torpağın yiyəsi olan vətəni Azərbaycana gözünü belə qırpmadan əmanət edir. Tarix muzeyi onun alın tərinin, zəhmətinin Azərbaycan tarixinə töhvə verdiyi yadigarları ilə zəngindir. Deyir ki:-“Hamı arxeoloq ola bilər, ancaq hər bir alim-arxeoloq tapdığı, tədqiq etdiyi o nümunələrin dilini bilmir. Əsas odur ki, tapıntını dilləndirə bilib, onu elmə çevirəsən”. Arxeoloq-alim tapdığı hər şeyi, xüsusən dəyərli dəfilə, zinyət əşyalarını, tarixin nümunələrini mütləq tədqiq edib, Arxeoloji Fond, Tarix muzeyinə təhvil verir.
Ona tarixin qızıl adamı da demək olar, axı Azərbaycan tarixini torpağın altından üstünə çıxarıb, elmə, dünyaya tanıdan alimdır Qafar müəllim. Təsadüfi deyilmir bunlar, Azərbaycanda arxeoloji tədqiqatlar tarixində arxeoloji ekspedisiyalar tərəfindən ilk dəfə qızıl dəfinəsini məhz arxeoloq-tarixçi alim Qafar Cəbiyev tapıb. Deyir, arxeoloq üçün qızıl tapmaq yox, tarixi araşdırmaqdır məqsəd. Demək ki, tarix adam özündən sonra da tarixin nümunələrinin timsalında var olacaq. “Mən arxeoloq olmasaydım, yaxşı jurnalist də ola bilməzdim.
Arxeoloqun həm də qələmi olmalıdır ki, o tarixi tədqiq edib, tarixə, elmə təqdim edə bilsin”-deyir.Tək tarix və torpağa bağlı deyil Qafar müəllim…ailə dəyərləri, övladları, nəvələri onun əvəzolunmazlarıdır. Dağların ortasında, Ağ çayın sərinliyini nəfəsinə çəkib böyüyən Qafar müəllimin daxili saflağı bəlkə də Azərbaycanın səfalı guşəsi İsmayıllının zəhmətsevər ailəsində dünyaya göz açması ilə bağlıdır.

Günel Gözəlova,
“MTV Azərbaycan” televiziyasının Baş redaktoru, Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Kitab davası (Tural İsmayılovun qısa absurd hekayəsi)

Bugün TV

Dəlillər

Aynur Əfəndi Zadə

“Kənar şəxslərin girişi qadağandır” – Yazıçı Bahəddin Həzi yazır…

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu