25 C
Baku
19 İyul 2025, 23:57
Baş xəbərSiyasət

“Bu gün qürurla deyirik ki, yendə də bütün risqləri öz üzərinə götürərək türk respublikaları içərisində öz paytaxtını ilk milliləşdirən məhz Azərbaycan, onun lideri Heydər Əliyev oldu”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Sahib Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən 56 il keçməsi barədə çıxış edib.

Millət vəkili Milli Məclisdə cari məsələlər üçün ayrılan vaxtda nəzərdə tutulan çıxışını həm də Heydər Əliyevin SSRİ dönəmində Bakını necə azərbaycanlılaşdırması, bu baxımdan digər türk respublikaları üçün də presedent yaratması haqdakı çıxışını öz sosial media hesabında paylaşıb:

“Mən bu gün bir neçə məsələ haqda fikir bildirmək istəyirəm ki, onlardan biri Bakı Təşəbbüs Qrupunun dekolonizasiya yönündəki ardıcıl fəaliyyəti nəticəsində Yeni Kaledoniyanın müstəqillik qazanma şansı əldə etməsidir. Əgər Paris əvvəllər olduğu kimi hoqqabazlığa əl atmasa, gələn ilin fevralında keçiriləcək referendum nəticəsində Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövləti yaradılacaq. Əlbəttə, bu, hələ əsl müstəqillik demək deyil və kanaklar onun üçün ötən əsrin 90-cı illərində azadlığa çıxan bir sıra xalqların təcrübələrini təkrarlamalı olacaqlar. Və burada çox təəssüflə qeyd etməliyəm ki, imperiya sindromundan qurtara bilməyənlər ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik qazanmış həmən ölkələri də sanki Yeni Kaledoniyaymışlar kimi hələ də xüsusi statuslu dövlət gözündə görürlər. Bu baxımdan məncə, Azərbaycanın atdığı addımlar, Laçındakı üçlü görüş, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən Zirvəsi və həmən Zirvə başa çatar-çatmaz Əbu-Dabidəki ikitərfli, tamformatlı Azərbaycan-Ermənistan danışıqları onlar üçün bir xəbərdarlıq olmalıdır ki, imperiyanı bərpa haqda hətta xəyala dalmaq özü belə zərərli və əks perspektivlidir.

Məncə, yuxarıda sadaladıqlarım, ötən dəfə də vurğuladığım kimi əslində Ulu Öndər Heydər Əliyevin bütün risqləri üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşlarımızın da təbii sərvətlərindən ancaq öz milli maraqlarına uyğun şəkildə faydalanmalarının və dünya bazarına çıxarılmasının yolunu açması, onun üzərindəki inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır.

Xanım sədr, mən Azərbyacana rəhbər təyin edilməsindən düz 56 il keçən Heydər Əliyevin bu vəzifədə fəaliyyətə başladığı elə ilk illərdən müstəqilliyimiz üçün nə dərəcədə böyük anlam daşıdığı bəzən unudulan bir xidmətini xatırlatmaqla çıxışıma yekun vurmaq istərdim. Söhbət məlum və məlun cütlüyün belə demək caizsə, Stepanakertləşdirməyə başladıqları Bakını onun addım-addım azərbaycanlılaşdırmasından, təkcə de-yure deyil, de-fakto da bu xalqın paytaxtına çevirməsindən gedir.

Maraqlıdır ki, Moskva ilk növbədə türk respublikalarının paytaxtında yerli əhalinin ora gətirilənlərdən daha az olmasına çalışırdı. Məsələn, hələ 1989-cu ilin statistikasına görə Daşkənddə özbəklər 44,2%, Bişkekdə qırğızlar cəmi 22, 8 faiz idi. Almatıda qazaxların sayı 25 faizi keçmirdi. 1979-cu ildə Aşxabadda türkmənlər şəhər əhalisinin 40,5%-ni təşkil edirdilər.

Bəli, bu gün qürurla deyirik ki, yendə də bütün risqləri öz üzərinə götürərək türk respublikaları içərisində öz paytaxtını ilk milliləşdirən məhz Azərbaycan, onun lideri Heydər Əliyev oldu. O Heydər Əliyev ki, hələ SSRİ mövcudkən, 1991-ci il martın 7-də bu salonda “əgər digər respublikalar İttifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır”,-deyirdi. Diqqətinizə görə təşəkkür edirəm!”.

Sahib Əliyev

Milli Məclisin drputatı

Aynur Camal

Oxşar xəbərlər

Silahlı qarşıdurma zamanı ölənləri sayı 413-ə çatdı

Teymur Əziz

İstanbula güclü qar yağıb: 170 reys ləğv edilib – FOTO

Aynur Camal

Milli Müdafiə Nazirliyi: Hücum etməyə hazırlaşan 4 terrorçu zərərsizləşdirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu