28 C
Baku
21 İyul 2025, 1:34
Mədəniyyət

Bu gün Rəşid Behbudovun doğum günüdür

Bu gün dünyaşöhrətli müğənni, SSRİ Xalq artsisti Rəşid Behbudovun anadan olmasının 107-ci ildönümüdür.

O, 1915-ci llin dekabrın 14-də Tiflisdə, əslən şuşalı xanəndə Məcid Behbudovun  ailəsində anadan olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub.Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olur.Tərxis olunduqdan sonra müxtəlif ansambllarda solist kimi fəaliyyət göstərir. Dünyanın bir çox ölkələrindən konsert üçün təklif alan Rəşidin şan-şöhrəti dünyaya yayılır.

Onun “Lalələr”, “Ayrılıq”, “Alagöz”,”Sənə də qalmaz”, “Gözəlim sənsən” , “Azərbaycanım” , “Uzun gecələr” , “Qara qız”, “Girdim yarın bağçasına” , “Yar bizə qonaq gələcək”, “Küçələrə su səpmişəm” kimi məşhur mahnıları dillər əzbəridir.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Mərhum sənətkarı hörmətlə anırıq!

Nigar Məmmədova

Oxşar xəbərlər

Bakıda inküliziv moda dəfiləsi – “KEKALOVE Adaptive Fashion Show” keçirildi

Kəmalə Sultan

Musiqili Teatrın kollektivi Mingəçevirdə – FOTO

Şükufə Ramizqızı

“Türkdilli dövlətlərinin əlaqələrinin inkişafına çalışırıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu