10 C
Baku
13 Mart 2026, 14:27
Baş xəbərSosial

“Bu gün tv” 1 yaşını qeyd edir

“Bu gün televiziyamızın 1 yaşı tamam olur. Biz, qrup olaraq ölkə mediasının inkişafina dəstək məqsədi ilə bir yola çıxdıq. Bunun üçün öncə ötən ilin iyul ayında təsis etdiyim Media Tədris Mərkəzinin fəaliyyətinə başladıq. Daha sonra Azərbaycan mediasının inkişafında təcrübənin əsas rol oynadığını nəzərə alaraq  tələbələrimizlə birlikdə bir yeniliyə imza atmaq qərarına gəldik – “Bu gün TV”-ni yaratdıq”. Bu sözləri media qurumunun təsisçisi, Əməkdar Jurnalist Elnarə Dərziyeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu yalnız bir televiziya deyil, ümumilikdə, ölkədə və dünyada baş verənlərdən operativ xəbər almaq istəyən oxucular üçün qərəzsiz, inamlı, vicdanlı, bir sözlə desək, jurnalist etikasının bütün kriteriyalarını özündə cəmləşdirən media qurumudur.

“Bu bir il ərzində “Bu gün TV”  bir informasiya agentliyi olaraq medianın inkişafına təkan vermək uğrunda çalışıb. Əminəm ki, işgüzar və həvəsli komandamızla peşəkar jurnalistikanın necə olduğunu əyani şəkildə göstərə bilirik”, – deyən E. Dərziyeva dövlət və özəl qurumları daha geniş şəkildə əməkdaşlığa çağırıb. Bu yaxınlarda müxəlif sahələri, mövzuları əhatə edən televiziya verilişlərinə start verəcəklərini açıqlayb.

“Bu yolda birgə addımladığımız kollektivimizə yüksək nailiyyətlər arzulayıram! Uğurlar bizə!” – deyib.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu