25 C
Baku
10 Sentyabr 2025, 21:41
Baş xəbər

“Bu gün TV” Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçdi

“Bu gün 1 ilə yaxındır ki, fəaliyyət göstərən “Bugun tv” Media Qurumu olaraq Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçdik. Çox sevincliyəm. Çünki gecə-gündüz dayanmadan işlədiyimiz 11 aylıq əziyyətimiz hədər getmədi”.

Bu fikirləri “Bugun.tv”-nin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Elnarə Dərziyeva facebook hesabındakı paylaşımında yazıb.“Media qanunvericiliyindəki şərtlərə və qaydalara uyğun olaraq çalışan “Bugun tv”-nin əməyi bu gün Medianın İnkişafı Agentliyi tərəfindən qiymətləndirildi. Bu obyektiv qərara görə, qurumun kollektivinə dərin təşəkkürümü bildirirəm!”
E.Dərziyeva Medianın İnkişafı Agentliyi yaradıldıqdan sonra həyata keçirdiyi davamlı layihələrin bu sahənin inkişafına təkan verdiyini bildirib. Jurnalistika sahəsində yeniləklərə imza atıldığını, bir dirçəliş dövrü başlandığını vurğulayıb. Verilən vədlərin görünən əməllə təsdiqini tapdığını söyləyib.
““Bu gün tv” olaraq, biz də ölkə mediasının inkişafina dəstək məqsədi ilə bir yola çıxdıq. Bunun üçün 2 il öncə təsis etdiyim Media Tədris Mərkəzinin fəaliyyətinə başladıq. Tələbələrimiz ölkənin tanımış mətbuat qurumlarının yaradıcılarından, televiziyanın məşhur aparıcılarından, universitetlərin jurnalistika fakültəsinin müəllimlərindən həm nəzəriyyəni, həm də təcrübəni öyrəndilər. Və öyrənməkdə də davam edirlər. Peşəkar jurnalist yetişdirmək kimi mühüm məsuliyyəti üzərinə götürən MTM, bu sahədə təcrübənin əsas rol oynadığını nəzərə alaraq ötən il, tələbələri ilə birlikdə bir yeniliyə imza atdı – “Bu gün TV”-ni yaratdı. Aylar keçdi və o ölkədə, dünyada baş verənlərdən operativ xəbər almaq istəyən oxucular üçün qərəzsiz, obyektiv, inamlı, vicdanlı, bir sözlə desək, jurnalist etikasının bütün kriteriyalarını özündə birləşdirən bir informasiya agentliyi oldu. “Bu gün TV” mənim üçün həm də ona görə önəmlidir ki, o 25 il öncə gələcəyin bir “Əməkdar jurnalist”nin yetişməsində rolu olan “Bu gün” qəzetinin adını daşıyır. Bu adın haqqı danılmaz, unudulmaz! Onu yaşatmaq isə bu kollektivin ən kiçik, 17 yaşlı əməkdaşının üzərinə düşdü. Həm də düz 25 il sonra, 25 yaşlı “Bu gün” qəzetinin yubiley ilində! Saytımıza bu adın hallalığını sevinib, uğur diləyərək verən “Bu gün” qəzetinin yaradıcısı Nəsib İsmayılova dərin təşəkkürümü bildirirəm”,- E.Dərziyeva əlavə edib.
“Bəli, etimadlar onu doğrultmaq üçündür. “Bu gün TV” informasiya agentliyinin də medianın inkişafına dəstək olacağına əminəm! Sloqanımız da elə bunu deyir: “Bugünün sabahı var””
Bu yolda işgüzar kollektivimizə uğurlar arzulayırıq!

Aynur Camal

Oxşar xəbərlər

Qanunsuz fəaliyyət göstərən kömür quyuları aşkarlandı

Kəmalə Sultan

Zirehli texnika heyətlərinin döyüş vərdişləri təkmilləşdirilir

Aynur Camal

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu