10 C
Baku
12 Mart 2026, 15:40
Baş xəbərSosial

Bu gün ümumdünya fiziki aktivlik günüdür

Səhiyyə Nazirliyi 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya keçirib.

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının birgə əməkdaşlığı ilə 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş “Hərəkətdə ol!” şüarı ilə maarifləndirici aksiya təşkil edilib.

Polis Akademiyasının zabit və kursantlarının iştirakı ilə keçirilən aksiyanın təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək olub.

Sağlam həyat tərzi keçirmək, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq barədə aksiya iştirakçıları ilə maarifləndirici söhbət aparılıb, onların boyu, çəkisi ölçülüb.Maarifləndirici aksiya zamanı bir daha vurğulanıb ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır. Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyi, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyi bildirilib, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin əhəmiyyəti tövsiyə olunub.

Sonda aksiya iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar paylanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Alimlər xəbərdarlıq edir: “Toksik” insanlarla ünsiyyət qocalmanı sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu