14 C
Baku
21 Noyabr 2024, 13:09
Baş xəbər

Bu həftə sülh mükafatı laureatı elan olunacaq

 Bugün.tv xəbər verir ki, İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş iqtisadiyyat üzrə Alfred Nobel Memorial Mükafatının qalibi oktyabrın 10-da müəyyənləşəcək.

  Belə ki, oktyabrın 4-də Osloda Nobel Komitəsinin fizika üzrə qərarı, oktyabrın 5-də kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də Sülh mükafatı laureatı elan olunacaq.

  Qeyd edilib ki, İsveçin paytaxtında növbəti “Nobel həftəsi” fiziologiya və tibb sahəsində laureatın adının açıqlanması ilə başlayacaq.

 Xatırladaq ki, Alfred Nobel (1833-1896) öz vəsiyyətində fiziologiya və tibb üzrə laureatın seçilməsini 1810-cu ildə əsası qoyulmuş və hazırda dünyanın aparıcı təhsil və elmi tibb mərkəzlərindən biri olan Stokholmdakı Karolinsk İnstitutuna həvalə edib. Onun nəzdində yaradılmış Nobel Komitəsi beş daimi üzvdən ibarətdir ki, onlar da öz növbəsində məsləhətləşmələrə ekspertlər dəvət etmək hüququna malikdirlər. Namizədlər üçün son tarix yanvarın 31-də başa çatıb, bundan sonra nəzərdən keçirmə prosesi başlayıb.

Nobel komitələri son ana qədər mükafata iddialıların özləri və ya onları irəli sürənlər haqqında heç bir məlumat vermirlər. Mütəxəssislər də öz növbəsində gizli saxlanılan adlarla bağlı fərziyələr irəli sürürlər.

Aynur Camal

Oxşar xəbərlər

Pentaqon açıqlama yaydı

Teymur Əziz

Xarici səslər Ankaraya çatdırıldı

Aynur Camal

Aşmış ağac park edilmiş avtomobilə ziyan vurdu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu