Bugun.tv xəbər verir ki, “American Councils” şirkəti tələbələri ödənişsiz təhsil almağa dəvət edir.
Amerikanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə şirkətin ölkə üzrə təmsilçisi Lalə Məmmədova tələbələri bu şansdan istifadə etməyə çağırıb.
“Bu il bizim Amerikada təhsil alan tələbələrimiz var idi. Onlar artıq ölkəyə qayıdıblar. Yenidən təlim keçirlər, yenidən Azərbaycan mədəniyyətinə adaptasiya olmağı, nə kimi çətinliklər varsa onların öhdəsindən gəlməyi öyrədirik. Bu proqram 11-ci siniflər üçün nəzərdə tutulub. Uzunmüddətli seçim prosesi var. Hansı ki, bu il avqust ayında planlaşdırılıb. Dekabrın sonuna kimi 3 mərhələdən ibarət olcaq. Keçirdiyimiz imtahanların nəticələri Amerikaya göndərilir və tələbələrimiz yaradılan müstəqil komitə tərəfindən seçilir”.
L.Məmmədovanın sözlərinə görə, bu il 546 iştirakçıdan 16 nəfər seçilib. Onların Amerikada hansı ştatda, hansı ailədə, hansı məktəbdə oxumalarını şirkətin yerləşdirmə təşkilatları müəyyənləşdirirlər.
“Yəni buna biz qarışmırıq. Gedirlər Amerikada 1 il təhsil alırlar. Orada ailədə yaşayırlar və məktəbə gedirlər. Bu il qəbul avqustun 14-dən başlayır. İlk qrupumuzu göndərəcəyik, artıq onların ailələri də var. Çox ehtimal ki, sentyabrın ilk həftəsinə kimi qəbul olacaqdır. Onlar özlərini orada kiçik səfir nümayəndəliyi kimi
göstərirlər. Həm Azərbaycan mədəniyyətini öyrədirlər, həm də Amerika mədəniyyətini öyrənirlər. 1 il oxuduqdan sonra viza və proqramın göstərdiyi tarixdə geri dönüş edirlər. Sonra, əgər Azərbaycanda universitetə giriblərsə dondurduqları üçün yenidən 1-ci kursdan universitet oxumağa başlaya bilərlər, ” – L.Məmmədova bildirib.
Müxbir: İntizar Əmirova