8 C
Baku
28 Yanvar 2026, 12:49
Baş xəbərDünya

Bu ölkə atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxdı

Bugun.tv xəbər verir ki, Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən “Yünhay-2” peyklərinin üçüncü qrupunu kosmosa göndərdi. Orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib. Buraxılış “Uzun Yürüş” raketləri ilə həyata keçirilən 514-cü uğurlu nəqliyyat missiyası idi. Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyasının (SAST) hazırladığı peyklərin elmi araşdırmalar və fəlakətlərin qarşısının alınması məqsədi ilə olduğu bildirilsə də, bəzi qərbli ekspertlər peyklərin hərbi məqsədlər üçün meteoroloji proqnozlarda istifadə olunmaq üçün hazırlandığını iddia edirlər.

Qeyd edək ki, “Yünhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

İran ABŞ-ə xəbərdarlıq etdi: Savaşa tam hazırıq

Aynur Camal

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu