Baş xəbərDünyaHadisə

Bu ölkə meşə yanğınları ilə mübarizə aparır

Bugun.tv xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Başçılığı ölkənin şimalında 8 şəhərdə 15 nöqtədə meşə yanğını davam edir. Əlcəzair Daxili İşlər Nazirliyi dünən 11 şəhərdə baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb. Açıqlamada yanğınsöndürmə işlərinin hava və qurudan davam etdirildiyi vurğulanıb. Bicaya və Cicil prokurorluqları ölkənin müxtəlif şəhərlərində 34 nəfərin ölümünə səbəb olan meşə yanğınları ilə bağlı istintaq başladıldığını açıqlayıb. Əlcəzairin şimal şəhərlərində 23 iyul bazar günü başlayan meşə yanğınları ilə mübarizə 48 dərəcəni keçən isti dalğaları və isti küləklərin təsiri ilə getdikcə çətinləşir. Meteorologiya İnstitutu ötən gün isti dalğası ilə bağlı xəbərdarlıq səviyyəsini narıncıdan qırmızıya qaldırıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da Yeni il şənliyi zamanı atışma nəticəsində iki nəfər öldü

İntizar Əmirova

VİOP indeksi günə yüksəlişlə başlayıb

Bugün TV

İsveçrə bankı Pictet vergidən yayınmağa kömək etdiyinə görə cərimələndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu