Bugun.tv xəbər verir ki, Nigeriya çevrilişin baş verdiyi Nigerlə bütün sərhədlərini bağladığını açıqlayıb. Nigeriya Gömrük Xidmətinin (NCS) Baş Nəzarətçisi vəzifəsini icra edən Bəşir Adewale, çevriliş və inkişaf edən hadisələr səbəbiylə Nigeriyanın Niger ilə bütün sərhədlərini bağladığını bildirib. Adewale, bu qərarın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) növbəti bildirişə qədər yüklərin hərəkətini dayandırmaq direktivinə uyğun olduğunu söyləyib. NCS-nin tam uyğunluğu təmin etmək üçün sərhəd icmalarını həssaslaşdıracağını vurğulayan Adewale, qərarın iki ölkə arasında sülh və sabitlik adına da alındığını əlavə edib.
Müxbir: Şəms Elnurqızı
