4 C
Baku
14 Dekabr 2025, 20:51
Baş xəbərHadisə

Bu ölkədə 269 şəhəri su böhranından əziyyət çəkir

Bugun.tv xəbər verir ki, İranın 269 şəhərinin su böhranı yaşadığı bildirilib və onlardan qənaətlə istifadə edilməsinə çağırış olunub.

İranın İşçi Xəbər Agentliyinin (ILNA) məlumatına görə, Su Sənayesi sözçüsü Haşim Əmini ölkənin su problemi və quraqlıqla mübarizə strategiyası ilə bağlı mətbuat konfransı keçirib.

“Məşhədin suyunu təmin edən “Dostluq” bəndi ağır vəziyyətdədir. Təbrizdə isə “Nəhənd” bəndi quruyub”, – o, vurğulayıb.

Zencan və Tabas yeraltı sularının və Sistan-Bəlucistandakı gölməçələrin təhlükədə olduğunu bildirən Əmini ölkədəki bəndlərdəki suyun qənaətlə istifadə edilməsinin lazım olduğunu deyib.

Bugün TV

Oxşar xəbərlər

Saylarımızın tökülməsinə nə səbəb olur?

Aynur Camal

Qatil İsrail hücumlarını dayandırmır: yenidən 2-si uşaq olmaqla 6 fələstinli öldü

Aynur Camal

“Biz birlikdə daha yaxşı bir dünya formalaşdırırıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu