24 C
Baku
20 İyul 2025, 4:05
Baş xəbərHadisə

Bu ölkədə akademiklər TikTok-a görə, hökuməti məhkəməyə verdilər

Bugun.tv xəbər verir ki, Texasda universitet müəllimləri və söz azadlığı müdafiəçiləri TikTok-un rəsmi şəbəkələrdə istifadəsini qadağan edən qaydaya görə əyalət hökumətini məhkəməyə verib. Onlar bu qadağanın akademik tədqiqatlara zərər verdiyini və ABŞ Konstitusiyasını pozduğunu iddia ediblər.

“Texasın dövlət universitetinin professor-müəllim heyətinin böyük bir kommunikasiya platformasına çıxışını məhdudlaşdırmaq qərarı həm tədqiqat, həm də tədrisi təhlükə altına qoyur” dedi.

Şimali Texas Sistem Universitetinin rektoru Dr. Michael Williams və universitetin qəyyumlar şurasının bir neçə üzvü iddiaçılar arasındadır.

Qeyd edək ki, keçən dekabr ayında Texas qubernatoru Greg Abbott, dövlət rəsmilərinə TikTok-u hökumət şəbəkələrində və ya cihazlarında istifadəsinə qadağa qoydu və dövlət tərəfindən maliyyələşdirilən universitetlər üçün məhdudiyyətlər tətbiq edildi.

Qadağanın tərəfdarları sosial media platformasının Çində yerləşən ByteDance şirkətinə məxsus olduğunu iddia edərək, bunun amerikalıların məlumatlarına və məxfiliyinə ciddi təhlükə yaratdığını deyirlər.

Teymur Əziz

Oxşar xəbərlər

Tanınmış aktyor pəhrizlə 22 kilo arıqladı! Görənlər şok oldu! – FOTO

Aynur Camal

Müşavir Müzəffər Məhəmmədi Nizamini “fars şairi” adlandırıb

Aynur Camal

3 min 612 ton pambıq ipliyi ixrac olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu