14 C
Baku
22 Noyabr 2024, 10:30
Baş xəbər

Bu ölkədə iki nazir itkin düşdü! Onlar haradadır?

Bugun.tv xəbər verir ki, Çində keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə nazirindən xəbər yoxdur. Çinin naziri Li Şanfu 15 gündür itkin düşüb. Rəsmi Pekin isə sonuncu dəfə avqustun 29-da forumda çıxış edən nazir haqqında susur.

Ölkə mətbuatı bu suala cavab axtarır. Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib.

Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib. 15 gündür xəbər alınmayan nazir Linin həbsdə ola biləcəyi iddia edilir.

Qeyd edək ki, Çinin müdafiə naziri Li Şanfu mart ayında müdafiə naziri təyin edilib. Nazir Rusiyadan raket sistemləri aldığına görə ABŞ-ın sanksiyalar siyahısındadır. Li-nin qəfil yoxa çıxması ağıllara keçmiş xarici işlər naziri Çin Qanq gətirdi.

Bir aydır itkin düşən Çin Qanq daha sonra nazir vəzifəsindən uzaqlaşdırılıb.

Ölkənin keçmiş xarici işlər nazirinin harada olduğu və nə üçün işdən çıxarıldığı hələ də qaranlıq qalır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dayanacaqda şübhəli paket partladı

İntizar Əmirova

İraq-İran sərhədində partlayış: Ölən və yaralananlar var!

Aynur Camal

Fırtına xəbərdarlığı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu