5 C
Baku
26 Yanvar 2026, 22:52
Dünya

Bu ölkədə Novruz dövlət bayramı elan edildi

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

Fərmana əsasən, bahar və qardaşlığı simvolizə edən Novruz bayramı (21 mart) Suriya Ərəb Respublikasının bütün bölgələrində ödənişli rəsmi tətil günü kimi qeyd olunacaq.

Prezident fərmanında Novruzun ölkədə yaşayan müxtəlif etnik və mədəni icmalar arasında birgəyaşayışın, milli həmrəyliyin və mədəni müxtəlifliyin simvolu olduğu vurğulanır. Qərarın cəmiyyətdə inklüzivliyi gücləndirməyə və mədəni hüquqların tanınmasına xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Novruzun dövlət bayramı elan edilməsi Suriyada uzun illərdir davam edən müzakirələrdən sonra qəbul edilən mühüm siyasi və mədəni qərarlardan biri kimi qiymətləndirilir

Mənbə: Qafqazİnfo

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

BƏƏ-Küveyt münasibətlərində “Brothers Forever” bayramı elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu