Baş xəbərMaraqlı faktlar

Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzə qalıb

Sakit okeanda yerləşən bəzi ada dövlətləri qlobal istiləşmə səbəbindən yox ola bilər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin alimləri “Guardian” nəşrinə məlumat veriblər.

Alimlər bildirib ki, bölgə ölkələri uzun müddətdir güclü dəniz çəkilmələrindən, siklonlardan, uzun müddət davam edən quraqlıqlardan və yeraltı suların şoranlaşmasından əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, planetin istiləşməsi ilə belə kataklizmlər daha tez -tez baş verəcək.

“Greenpeace Australia Pacific” təşkilatının araşdırma mərkəzinin rəhbəri Nikola Kazule bildirib ki, bu hallar Kiribati, Vanuatu və Solomon adaları kimi dövlətləri yaşayış üçün yararsız əraziyə çevirəcək.

Bugün TV

Oxşar xəbərlər

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan üzərindən daşınan yüklərin həcmi 3 faiz artıb

Aynur Camal

Bir şirniyyat sosial medianın gücü ilə İtaliyada dağ sığınacağını turist axınına məruz qoydu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu