25 C
Baku
25 İyul 2025, 8:33
Digər

Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir” – DEPUTAT

Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə xüsusi rəğbət müşahidə edilir. Bu, Azərbaycan Prezidentinin İsveçrəyə 19-cu səfəridir. Dövlət başçısı artıq 15-ci dəfədir Davos Forumunda iştirak edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır.”

Bu sözləri bugun.tv saytına açıqlamasında millət vəkili İlham Məmmədov deyib: “Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəf olur. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir. Digər tərəfdən də ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin bariz sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir. Davos Forumunda Dünyanın aparıcı daşınma və logistika şirkətləri də təmsil olunurlar. Bu iri şirkətlərin nümayəndələrinin xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Ukraynada davam edən müharibə səbəbindən dünya ticarət sistemi nəqliyyat və logistika baxımından ciddi problemlərlə üz-üzədir. Bu xüsusda Azərbaycandan keçən və ölkəmizin illər boyu təşviq etdiyi Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Eyni zamanda Şimal-Cənub xətti üzrə də Azərbaycanın kəsb etdiyi əhəmiyyət sürətlə artmaqdadır. Bir çox ölkələr bu yolun istifadəsində maraqlıdırlar.”

Oxşar xəbərlər

Gəmilərdə əlavə tədbirlər həyata keçiriləcək

Bugün TV

Ramazanın 6-ci günü – İmsak və iftar vaxtı Sabah Ramazan ayının üçüncü günüdür

Bugün TV

Şimali Koreya raket zərbələri endirir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu