9 C
Baku
21 Fevral 2026, 11:20
Siyasət

“Bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”

Bugun.tv-xəbər verir ki, Millət vəkili Vüqar Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Azərbaycana rəsmi səfərə gəlməsi haqqında öz sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, bu görüş zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin inkişafı müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 dəfə artasa da mövcud rəqəm potensialı tam əhatə etmir. Dövlətlər arası münasibətlərin daha da dərinləşməsinin ticarət dövriyyəsində də artımlar ilə müşahidə olunacağı gözlənilir.

Bununla yanaşı, BƏƏ Azərbaycanda yaşıl enerji sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir. Tərəflər arasında innovativ sahədə əməkdaşlıq daha güclənməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasının da xüsusi mənası var. Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları ilə bağlı müəyyən şəxslər qərəzli fikirlər irəli sürürdü. Son səfər də təsdiq edir ki, Qarabağa dünyanın fərqli ölkələrindən birbaşa uçuşlar var, hətta yüksək səviyyəli rəsmilər də xaricdən Azərbaycan gələrkən birbaşa Qarabağ bölgəsinə enə bilirlər. Bütün bunlar bir daha sübut edir ki, Qarabağda inşa edilən hava limanları təhlükəsizlik, nəqliyyat, turizmin inkişafı, həm də beynəlxalq səfərlərin təşkili baxımından çox vacibdir. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və azad olunmuş torpaqlarımızda artıq rəsmi şəxslərin qəbulu da həyata keçirilir.

BƏƏ Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq. Bu səhifə həm də Qarabağda açılır.

Aynur Camal

Oxşar xəbərlər

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu