Bugun.tv xəbər verir ki, Kütahyada meşə yanğını baş verib. Yanğına Kütahya, Bursa və Əskişəhərdən 5 yanğınsöndürən təyyarə, 4 helikopter, həmçinin 26 çiləyici, 5 dozer və Kütahya Meşə Region Müdirliyinə bağlı quru qrupları müdaxilə edib.
TRT Haberin məlumatına görə, yanğın bölgəsində işləri izləyən Kütahya valisi Musa İşin jurnalistlərə açıqlamasında təxminən 1,5 hektar sahədə təsirli olan yanğının nəzarət altına alındığını bildirib.
Müxbir: Şəms Elnurqızı