16 C
Baku
16 Oktyabr 2025, 20:17
Baş xəbərSiyasət

“Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir”

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə bu Misirə səfər edib. Bu səfər, Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisidir.

Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb. Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib.

Bu ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır — bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur.

Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Aynur Camal

Oxşar xəbərlər

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Aynur Camal

Mikroavtobus ilə avtomobil toqquşdu: 8 yaralı var

Bugün TV

Türkiyədə parlament bu gün açılır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu